Rusiya “Kalibr”lərlə Odessanı və digər bölgələri bombalamağa çalışır

18:15 31 Mart 2022

“Biz bunun da öhdəsindən gələcəyik” - Odessa qubernatoru

Rusiya “Kalibr” tipli raketlərə Odessanı amansız atəşə tutmağa çalışır.

Musavat.com Ukrayna mediaısna istinadən xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının rəhbəri Sergey Bratçuk telegram-kanalında yazıb.

“Təəssüf ki, Odessaya güclü raket zərbəsi endirilməsi ehtimalı yüksəkdir. Sevastopol limanına yan alan “Admiral Makarov” gəmisi hazırda “Kalibr” rektləri ilə təchiz edilir və artıq döyüşə hazırdır”, - deyə, o, bildirib.

Sergey Bratçuk “Kalibr”lərin proqramlaşdırılmış lokasiya üzrə saatda 800 km uçduğunu xatırladıb. Bu raketlər trayektoriyasını bir neçə dəfə dəyişdirmək imkanına malik olduğu üçün onları vurmaq çətindir. “Hər bir halda bizim uşaqlar bu vəzifəsnin də öhdəsindən layiqincə gəlirlər”,-deyə o, qeyd edib.

“Narahat deyilik, lakin təhlükənin fərqindəyik və qarşıdakı düşməni məhv etmək lazımdır”,-deyə qubernatorun mesajında yazılıb.



Xəbər xətti