Ali məhkəmənin hakimi marketdən pendir oğurladı - İsveçdə…

09:21 3 Aprel 2022

Kiçik bir oğurluq ali məhkəmənin hakiminin karyerasını bitirib.

Lent.az-ın 5minutes.rtl saytına istinadla xəbərinə görə, hadisə dekabrın son günlərində bvaş verib.

İsveç ali məhkəməsinin hakimi Stokholmdakı marketlərdən birində pendir və donuz əti oğurlamağa cəhd edərkən tutulub. Buna görə 67 yaşlı hakim 50 000 kron (təxminən 10 000 AZN) cərimə edilib.

Məsələ ictimailəşdikdən sonra hakim fevral ayında istefa verib. Bununla da onun İsveç Ali Məhkəməsindəki 20 illik karyerası başa çatıb.



Xəbər xətti