Papa Fransisk Ukraynaya getməyə hazır olduğunu təsdiqləyib.
SİTAT.İNFO APA-ya istinadən bildirir ki, lakin Papa Fransisk bu səfərin mümkün olub-olmayacağını bilmir.
Təyyarədə jurnalistlərə açıqlama verən pontifik bildirib ki, Kiyevə səfərin mümkünlüyü ilə bağlı suala o, səmimi cavab verib.
"Bir neçə nəfər məndən Ukraynaya səfərimlə bağlı sual soruşdu. Mən səmimi şəkildə buna həmişə hazır olduğumu bildirdim. Səfər üçün bütün zəruri prosedurlar hazırdır. Amma mən bilmirəm ki, bunu etməliyəm ya yox. Ən düzgününün hansı olduğunu bilmirəm",- deyə Roma Papası bildirib.