Məlum olduğu kimi Ukraynadan müharibə səbəbindən qaçan azərbaycanlıların müəyyən bir hissəsi Moldovaya yönəlirlər.
Onlar burada Azərbaycanın Moldovadakı səfirliyinə sığınırlar. Geniş ictimaiyyətə bəlli olduğu kimi Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov minlərlə qaçqın soydaşımızın ümid yerinə çevrilib.
SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, Qüdsi Osmanov azərbaycanlı qaçqınların problemləri ilə şəxsən məşğul olur, onların hər birinə diqqət göstərir və ya Azərbaycana, yaxud da digər ölkəyə keçmələrinə yardım edir.
Təqdim etdiyimiz kadrlar Ukraynadan qaçan soydaşlarımızın son partiyasına aiddir. Kadrlardan da göründüyü kimi səfir Qüdsi Osmanov onların suallarına cavab verir, problemlərini həll etməyə çalışır.