Ukrayna Prezidenti Ofisinin rəhbəri Mixaylo Podolyak Qərb dövlətlərinə müraciət edib.
SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.
“Qaz, neft itirməkdən qorxan Avropa bilməlidir ki, Buçada baş verənlər hələ başlanğıcdır. Bu hərəkətlər Ukraynanın başqa şəhərlərində də olacaq. Əgər sabah “Buça sindromu”ndan əziyyət çəkmək istəmirsinizsə, indi bizə ağır silahlar verin”, - M.Podolyak qeyd edib.
Ukrayna xarici işlər naziri Dmitro Kuleba da Qərb ölkələrini Kremlə sanksiya tətbiq etməyə çağırıb: “Rusiyadan neft, qaz, kömür almağı dayandırın. Putinin “döyüş maşını"nı maliyyələşdirməyi dayandırın. Müharibə bir neçə aya bitəcək, Rusiyanın iqtisadiyyatı zəifləyəcək. Bir neçə ay səbr etməklə minlərlə insanın həyatını xilas edə bilərsiniz”.