Kiyev sakinləri geri qayıdır - VİDEO

18:11 5 Aprel 2022

Ukraynanın Kiyev vilayətinin Rusiya qoşunlarından azad olunması barədə xəbərlərdən sonra Kiyev şəhərinə qayıtmaq istəyən sakinlərin sayı əhəmiyyətli dərəcədə artır.

Bu barədə məlumatı “BBC” yayıb.

Məlumata görə, Rusiya qoşunlarının vilayətdən tamamilə çıxarılması hələ elan olunmamışdan əvvəl paytaxtın girişində bir neçə kilometr uzunluğunda tıxaclar yaranmağa başlayıb.

Geri qayıdan sakinlər bildiriblər ki, evləri üçün darıxdıqlarından və artıq işləmək lazım gəldiyindən paytaxta qayıdırlar.

Qeyd olunur ki, sakinlər paytaxta Qərb vilayətlərindən qatarlarla da geri dönürlər.

Bununla belə, Kiyev rəhbərliyi və paytaxt küçələrində patrul xidməti həyata keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları sakinlərdən ən azından bu həftənin sonuna qədər geri qayıtmaqla bağlı tələsməməyi tövsiyə edirlər. (Qafqazinfo)



Xəbər xətti