Almaniya Rusiyadan neft və qaz idxalını mümkün qədər tez dayandıracaq. Lakin bu həftələrin deyil, illərin məsələsidir. AzVision.az xəbər verir ki, bunu Almaniyanın maliyyə naziri Kristian Lindner deyib.
"Ukraynaya qarşı cinayətkar müharibə aparan Rusiya hökuməti ilə normal iqtisadi əlaqələr ola bilməz. Ona görə də Almaniya Rusiya neft və qazından imtina etməlidir", - Lindner "Zeit" qəzetinə müsahibəsində deyib.