Qərb Rusiyanın defoltu prosesini İŞƏ SALDI

16:45 6 Aprel 2022

Rusiya Maliyyə Nazirliyi dövlət qiymətli kağızları üzrə 649,2 milyon dollatlıq borcunu rublla ödəyib.

Nazirliyin yaydığı məlumata görə, ödənişləri dollarla icra etmək istəsə də, xarici agent-bank ölkənin valyuta ehtiyatlarından ödəniş olunmasına imkan verməyib. Buna görə də martın 30-31-də ödənilməli olan iki borcun dolların aprelin 4-nə olan məzənnəsi əsasında rublla ödəyib.

RİA-Novostiyə danışan Rusiyalı maliyyəçi-ekspert Dmitri Dorofeyevin fikrincə, bununla da Qərb Rusiyanın texniki defoltu prosesini işə salmış olub: “Borc kağızlarının xaricdəki sahibləri rubll ödənişləri qəbul etməyərək məhkəməyə üz tuta bilərlər. Bu isə bir aydan da az müddətdə Rusiyanın defolt elan olunmasına gətirəcək. Beləliklə, Rusiya suveren borclar üzrə tammənalı defolt elan olunacaq”.

Ekspertə görə, qeyri-rezidentlərə ödənişlərin davam etdirilməsi onların Rusiyanın valyuta ehtiyatlarına qoyulan sanksiyaların yumşaldılması və pullarını geri almaları üçün fəaliyyətə keçməsinə səbəb olacaq.

Lakin xarici analitiklər hesab edirlər ki, Rusiya defolt elan olunandan sonra onun dövlət borc kağızlarına görə ödənişlərin valyuta ehtiyatlarına deyil, xarici ölkələrdəki əmlakına yönəldilməsi daha realdır.



Xəbər xətti