Gürcüstan Ermənistana buraxdığı 19 ədəd “KamAZ”la bağlı izahat verib

01:56 7 Aprel 2022

Gürcüstanın bütün gömrük-keçid məntəqələrindən buraxılan bütün – hərbi və ya ikili təyinatlı yüklər, habelə sanksiyalar siyahısında göstərilən mallar sərt gömrük nəzarətindən keçirilir.

SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Yerli “Formula” telekanalının yaydığı videokadrlara münasibət bildirən qurum bəyan edib ki, son bir həftə ərzində “Kazbeqi” gömrük məntəqəsindən “KamAZ” markalı 19 ədəd yük maşını (qeyri-hərbi avtomobil-red) keçib. Ermənistanda hüquqi şəxsin mülkiyyətində olan avtomobillər Rusiyadan Gürcüstandan tranzitlə keçməklə Ermənistana daxil olub.

Qeyd edilib ki, yük maşınları son təyinat məntəqəsinə buraxılmazdan əvvəl Gürcüstanda müvafiq qaydalar və beynəlxalq gömrük protokollarına tam uyğun olaraq sistemdə qeydiyyata alınıb.

Xidmət yerli mətbuatı yoxlanılmamış informasiyaları yaymaqdan çəkinməyə və məlumatı müvafiq məsul qurumlardan dəqiqləşdirməyə çağırıb.

Qeyd edək ki, “Formula” telekanalının yaydığı videokadrlarda “Kazbeqi” məntəqəsi yaxınlığında onlarla müxtəlif növ hərbi təyinatlı maşının olduğu iddia edilib.

  •  



Xəbər xətti