“Təkcə Putin deyil, onlar da cəzalanmalıdır” - Zelenski

09:19 7 Aprel 2022

Ukraynada törədilən hərbi cinayətlərə görə təkcə Rusiya Prezidenti Vladimir Putin cəzalandırılmamalıdır.

SİTAT.İNFO Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O bildirib ki, Rusiya ordusu, siyasi rəhbərliyi, hərbi müdaxiləni hazırlayan, əmrləri verən və icra edənlər hərbi cinayətkardır.

“Bu cinayətlərə görə bir nəfəri cəzalandırmaq mümkün deyil. Beynəlxalq ictimaiyyət və Rusiya bilməlidir ki, bu, kütləvi cinayətdir, bunun arxasında çoxlu adam, strukturun sifarişləri, çoxlu siyasi qərar dayanır. Buna görə də hər kəs məsuliyyət daşımalıdır”, - deyə Zelenski vurğulayıb.



Xəbər xətti