Dünən Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra yayılan rəsmi bəyanat İrəvanda birmənalı qarşılanmayıb. xəbər verir ki, siyasətçilər Ermənistanın növbəti dəfə xarici siyasətdə fiaskoya uğradığını düşünürlər.
Erməni politoloq Edqar Elbakyan Qərbin əvvəlki illərdən fərqli olaraq indi Azərbaycanın maraqları ilə çıxış etməsinə diqqət çəkib.
Brüssel görüşü erməniləri məyus edib- Biz növbəti dəfə Qərb siyasətinin himayəsi altında erməni milli maraqlarının basdırılması aktının şahidi oluruq. Brüssel görüşündən sonra üçtərəfli razılaşma buna sübutdur.