Akar 5 həmkarıyla Ukraynanı müzakirə edib - FOTO

12:18 7 Aprel 2022

Türkiyə, Bolqarıstan, Gürcüstan, Polşa, Rumıniya və Ukraynanın müdafiə nazirləri videokonfrans şəklində bir araya gəlib.

APA-nınn Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazir Hulusi Akarın da qatıldığı görüşdə, regional müdafiə və təhlükəsizlik məsələləri müzakirə edildi: “İclasda Ukraynada diplomatik səylər nəticəsində təcili atəşkəsə nail olmağın və mülki şəxslərin təhlükəsiz təxliyyəsinin vacibliyi vurğulandı".

 



Xəbər xətti