Aleksandr Lukaşenko ŞOK AÇIQLAMA: “Ukrayna ərazisində xüsusi əməliyyat keçirmişik”

16:18 7 Aprel 2022

Belarus qüvvələri Ukrayna ərazisində əməliyyat keçirib.

SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

Dövlət başçısının sözlərinə görə, xüsusi əməliyyat Belarus vətəndaşlarını azad etmək məqsədilə aparılıb:

“Ukraynalıları xəbərdarlıq etdim ki, adamlarımızın azadlığı üçün xüsusi əməliyyat keçirməli olacağıq. Biz bu əməliyyatı keçirdik və adamlarımızı azad etdik”.

Qeyd edək ki, daha öncə Belarus qüvvələrinin Ukrayna ərazisinə hərbi müdaxilə etməsinə dair məlumatlar yayılmışdı. Hazırda bu ölkənin ərazisi Rusiyanın Ukraynaya qarşı intervensiyasında plasdarm rolunu oynayır.



Xəbər xətti