Mariupolun humanitar yardıma ehtiyacı var. Şəhərdəki insanları, yaralıları çıxarmaq lazımdır. Rusiya martın əvvəlindən Mariupolu mühasirəyə alıb, adi humanitar yardımları belə ora buraxmır. Əminəm ki, Yunanıstanın gücü bu missiyanı həyata keçirməyə yetər.
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Yunanıstan parlamenti qarşısında çıxış edərkən deyib.
Zelenski Yunanıstandan Mariupol və onun müdafiəçilərini Rusiya təcavüzündən xilas etmək üçün AB üzvü kimi öz təsir və imkanlarından istifadə etməyi xahiş edib:
“Onlar bizim ümumi tariximizi, ümumi irsimizi məhv etmək istəyirlər. Gələcəkdə Mariupol barədə rahatlıqla danışa bilməyəcəyik: “Bu, yeni Fermopildir”. O vaxt qəhrəmanlar düşmənin çoxsaylı ordusunun qarşısını kəsərkən həlak oldular. İndi biz qəhrəmanlarımızı xilas edə bilərik”, - Zelenski bildirib.