Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu günədək Ukraynaya 185 ton tibbi təyinatlı yük göndərib.
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bunu ÜST-ün Avropa regional bürosunun rəhbəri Hans Klüge deyib.
O bildirib ki, ümumilikdə hərbi əməliyyatlardan zərər çəkən 500 minə yaxın sakinə tibbi yardım üçün ləvazimatlar təqdim olunub.
Daha 125 ton tibbi yardımın isə yaxın günlərdə döyüş bölgələrinə çatdırılacağı bildirilib.