Çavuşğolu ukraynalı həmkarı ilə yekun sülh sazişini müzakirə edib

18:02 7 Aprel 2022

ürkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Brüsseldə Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.

Apa-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə nazir “Twitter“ hesabında paylaşım edib. Görüş Brüsseldə NATO XİN başçılarının iclası çərçivəsində baş tutub.

O qeyd edib ki, ukraynalı həmkarı ilə daimi atəşkəs və yekun sülh sazişinin imzalanmasını müzakirə edib.

Çavuşoğlu ölkəsinin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etdiyini də əlavə edib.



Xəbər xətti