Ukrayna xarici işlər naziri Türkiyəyə təşəkkür edib - FOTO

21:14 7 Aprel 2022

“Türkiyə Ukraynanın həqiqi və etibarlı tərəfdaşı olaraq qalır”.

SİTAT.İNFO Apa-a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Twitter“ səhifəsində yazıb.

“Həmkarım və dostum Mövlud Çavuşoğlu Ankaranın Ukraynaya əlavə dəstək vermək öhdəliyini təsdiqlədi. Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün yorulmaz diplomatik səylərinə görə Türkiyə tərəfinə minnətdarıq”, - deyə Kuleba paylaşımında qeyd edib.



Xəbər xətti