“Rusiya Ukrayna ilə danışıqların davam etdirilməsi üçün rahat şərait yaratmağa hazırdır”.
“Qafqazinfo” “RİA Novosti”yə isitnadən xəbər verir ki, bunu rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
“Bu, xoşməramlı jest idi (Rusiya Federasiyasının Kiyev və Çerniqov ətrafında hərbi fəallığını azaltması – red.). Rusiyanın, həqiqətən də, danışıqların davam etdirilməsi üçün rahat şərait yaratmağa hazır olduğunu göstərmək üçün”, - Peskov bildirib.