Akar və Şoyqu Ukraynanı müzakirə etdi

21:59 7 Aprel 2022

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.

SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, danışıq zamanı nazir Akar Rusiya ilə Ukrayna arasında davam edən gərginliyin diplomatik həllinə kömək etmək üçün dərhal atəşkəsin elan edilməsinin, eləcə də mülki əhalinin, xüsusən Mariupoldan qurudan və ya dənizdən təhlükəsiz şəkildə təxliyə edilməsinin vacibliyini vurğulayıb.

Bir daha bildirilib ki, humanitar yardımlar baxımından hər cür dəstək göstərməyə çalışan Türkiyə daha əvvəl olduğu kimi bölgədə sülhün təmin olunması üçün üzərinə düşən işləri davam etdirəcək.



Xəbər xətti