Peskov Ukrayna müharibəsinin məqsədindən danışıb

22:02 7 Aprel 2022

“Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının məqsədlərindən biri üçüncü dünya müharibəsi təhlükəsinin, o cümlədən nüvə silahına malik NATO ölkələrinə qarşı təhlükənin qarşısını almaqdır”.

SİTAT.İNFO Apa-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “SkyNews”a müsahibəsində verib.

“Təsəvvür edin ki, NATO üzvü olan Ukrayna Krımın geri qaytarılması üçün Rusiyaya hücum edir. NATO-nun Nizamnaməsinin 5-ci maddəsini tətbiq edərək, nüvə silahına malik olan Alyans ölkələri Ukraynanı müdafiə etməli olacaq ki, bu da Üçüncü dünya müharibəsinə gətirib çıxara bilərdi. Hazırda görülən işlər bizi belə bir müharibənin potensial təhlükəsindən qoruyur”,-deyə Peskov bildirib.

Bundan əvvəl Peskov Mariupolun Ukrayna hərbçilərindən azad ediləcəyini bildirib.



Xəbər xətti