Almaniya Kansleri Olaf Şolts bu gün Britaniyaya səfər edir.
SİTAT.İNFO Apa-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Boris Conson "Twitter"də bildirib.
"Bu gün Kansler Şoltsu Böyük Britaniyada qarşılamağı səbirsizliklə gözləyirik. Mən onun Rusiya enerjisindən asılılığa son qoymaq istiqamətində prinsipial qərarını alqışlayıram. Rusiyanın işğalına necə cavab verəcəyimiz gələcək illər üçün beynəlxalq nizamı müəyyən edəcək. Biz Putinin cinayətlərinin cəzasız qalmasına imkan verə bilmərik", Britaniyanın Baş naziri bildirib.