Putin Jirinovski ilə vidalaşdı - VİDEO

12:54 8 Aprel 2022

Rusiya Prezidenti Vladimir Putin mərhum deputat Vladimir Jirinovski ilə Moskvada keçirilən vida mərasiminə qatılıb.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Mərasimdə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedev də iştirak edir.

Vida mərasimi Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin təşkilatçılığı ilə həyata keçirilib.

Liberal Demokrat Partiyasının mərhum lideri Novodeviç qəbiristanlığında dəfn olunacaq. Dəfn mərasiminin bu gün saat 14:00-da başlaması planlaşdırılır.

Qeyd edək ki, Jirinovski aprelin 6-da 76 yaşında vəfat edib. Onun koronavirusdan dünyasını dəyişdiyi məlum olub.



Xəbər xətti