Rusiya Mərkəzi Bankı uçot dərəcəsini illik 17 faizə endirib

13:10 8 Aprel 2022

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini illik 17 faizə endirib.

Apa-nın Moskva müxbirinin xəbərində görə, bu barədə Rusiya Bankı məlumat yayıb.

"Rusiya Bankının Direktorlar Şurası 2022-ci il aprelin 11-dən əsas dərəcəsini 300 baza bəndi ilə illik 17,00 faizə endirmək qərarına gəlib. Rusiya iqtisadiyyatı üçün xarici şərtlər çətin olaraq qalır və iqtisadi fəallığı əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Maliyyə sabitliyi üçün risklər qalır, lakin bu gün üçün risklərin böyüməsi dayandırıb”, - deyə məlumatda qeyd olunub.



Xəbər xətti