Dmitri Peskovun Ukraynadakı böyük itkilərilə bağlı sözlərini Rusiyanın cəbhədəki uğursuzluqlara əsəb reaksiyası hesab edirəm.
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib.
“Son iki həftədir Rusiya nomenklaturası, siyasi elitası qəribə açıqlamalar verir. Yəni onlar nə baş verdiyini heç anlamırlar. Çünki ay yarıma yaxındır ki, planlaşdırdıqları formada qalib gəlmək şansları olmayan müharibə gedir”, - o bildirib.
Podolyak qeyd edib ki, ruslar Donbasda uğur qazanacaqlarına inanırlar:
“Moskva indi danışıqlarda özünü daha təkəbbürlü aparmaq üçün Donbas uğrunda döyüşlərdə uğura ümid edir. Lakin hamımız Rusiyanı öz yerinə oturtmağa hazırıq. Bundan sonra bizim danışıqların daha da strateji olması üçün çalışacağıq”.