Müharibə başlayandan indiyədək 4,3 milyondan çox insan Ukraynanı tərk edib.
SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, bu barədə BMT Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat yayıb.
Məlumata görə, onların əksəriyyəti Polşaya gedib, hazırda orada 2,53 milyondan çox ukraynalı var.
Həmçinin, Rumıniyaya 671 min, Macarıstana 408 min, Moldovaya 404 min və Slovakiyaya 307 minə yaxın insan gedib.