Macarıstan qaza görə ödənişi rublla etsə... - Leyen

23:10 8 Aprel 2022

Macarıstan Rusiya qazının pulunu rublla ödəsə, sanksiyaları pozacaq.

SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen çıxış edib.

“Putinin təklif etdiyi odur ki, avronu rubla çevirək, sonra qaz pulunu ödəyək. Bu, sanksiyaların pozulmasıdır. Bunu etsəniz, Rusiyaya qarşı tətbiq etdiyimiz sanksiyalardan yayınacaqsınız”, - Leyen söyləyib.

Qeyd edək ki, daha öncə Macarıstan Baş naziri Viktor Orban açıqlamasında Rusiya qazının pulunu rublla ödəməyə hazır olduqlarını bəyan edib.



Xəbər xətti