Rusiyanın genişmiqyaslı hücumu bu tarixdə başlayacaq

00:13 9 Aprel 2022

Genişmiqyaslı rus işğalının ikinci mərhələsi çox yaxında başlayacaq - yəqin ki, gələn həftəyə qədər.

SİTAT.İNFO Axar.Az-a istinadən xəbər verir ki, bu sözləri ukraynalı ehtiyatda olan general-mayor Viktor Yaqun deyib.

Onun sözlərinə görə, ruslar yeni həftənin əvvəlindən müharibənin aktiv fazasına keçməyə hazır olacaqlar:

"Lakin biz başa düşməliyik ki, biz də buna hazırıq".

O, Ukrayna kəşfiyyatının yaxşı işini, eləcə də işğalçı qoşunların zəif hazırlığını qeyd edib:

“İstənilən halda biz bu işğalı dayandırmalı, onun qarşısını almalıyıq və əks hücuma keçməliyik”.



Xəbər xətti