Ərdoğan İordaniyaya gedir

12:19 9 Aprel 2022

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İordaniyaya səfər edəcək.

SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, aprelin 11-də baş tutacaq səfər çərçivəsində Türkiyə liderinin İordaniya kralı II Abdullah ilə görüşü planlaşdırılır.

Tərəflər başda ticarət və turizm olmaqla, bir çox sahədə əməkdaşlığın daha da artırılması üçün atılacaq addımlar barədə fikir mübadiləsi aparılacaq.

Görüşdə regional məsələlər də müzakirə olunacaq. Liderlər xüsusilə, İsrail və Fələstin arasındakı münaqişədən də danışacaqlar.



Xəbər xətti