Avstriya kansleri Karl Nehammer Ukraynanın paytaxtı Kiyevə səfər edib.
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, kansler səfər çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.
"Avstriya Rusiyanın təcavüzünə qarşı mübarizədə bizi dəstəkləyir. Federal kansler Karl Nehammerin səfəri Ukrayna xalqı ilə mühüm həmrəylik nümayişidir", - V.Zelenski bildirib.
Bundan başqa, kansler Ukraynanın Baş naziri Denis Şmıqal və Kiyev meri Vitali Kliçko ilə danışıqlar aparacaq.