Putinin sözləri başına bəla oldu: 30 min rubl cərimələndi

16:22 9 Aprel 2022

Sankt-Peterburq məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin müharibə ilə bağlı sözlərindən sitat gətirdiyi plakata görə vətəndaş Artur Dmitriyevi cərimələyib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, A.Dmitriyev buna görə 30 min rubl ödəməli olacaq.

Qeyd edək ki, müharibə əleyhinə piketdə iştirak edən Arturun əlində tutduğu plakatda Putinin Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümünə həsr olunmuş nitqindən sitat yazıb:


"Müharibə o qədər kədər gətirdi ki, onu unutmaq mümkün deyil, yenidən aqressiv planlar quranlara heç bir bağışlanma yoxdur".

Qeyd edək ki, məhkəmədən əvvəl Dmitriyev gecəni 49 saylı şəhər polisində keçirib.



Xəbər xətti