Ölkənin cənubunda və şərqində döyüşlər ağır olacaq, lakin Ukrayna öz qələbəsinə inanır.
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Avstriya kansleri Karl Nehammerlə görüşün yekunlarına dair brifinqdə deyib.
O bildirib ki, Ukrayna döyüşməyə və paralel olaraq Rusiya ilə dialoq aparmağa hazırdır:
"Ukrayna həmişə danışıqlara hazır olduğunu və müharibəni dayandırmaq üçün istənilən yolları axtaracağını bildirib. Eyni zamanda, təəssüf ki, biz dövlətimizin şərqində mühüm, necə deyərlər, həlledici döyüşə hazırlıq görürük. Bunu söyləmək mənim üçün çətindir və proqnozlarla bağlı məsuliyyəti öz üzərimə götürmək istəmirəm. Dövlətimizin müdafiəsi və daim nümayiş etdirdiyimiz mübarizə üçün məsuliyyəti öz üzərimə götürə bilərəm”.
O sonda qeyd edib ki, paralel olaraq Ukraynanın şərqində və cənubunda Rusiya qoşunlarının toplanması davam edir.