Böyük Britaniya Baş naziri Boris Conson gözlənilmədən Kiyevə səfərə gəlib.
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, Conson Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.
Tərəflər hərbi-siyasi əlaqələrin dərinləşdirilməsini müzakirə ediblər.
Görüşlə bağlı danışan Consonun sözçüsü bildirib ki, Böyük Britaniya yeni maliyyə və hərbi yardım paketini təqdim edəcək.