“Dünya üçün kritik vəziyyət yaranacaq”

20:04 9 Aprel 2022

Türkiyə Bosfor boğazı yaxınlığında sürüşən minalara görə baş verəcək böyük fəlakət haqda xəbərdarlıq edib.

SİTAT.İNFO Qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin təqaüdçü kontr-admiralı Cihat Yaycı bu barədə açıqlama verib:

“Bu minalardan biri boğaza düşsə, insanların ölümünə, fəlakətə gətirib çıxaracaq. Nəzərə alsaq ki, dünyaya xam neftin 2,5 faizi bizdən ötürülür, dünya üçün kritik vəziyyət yaranacaq”.

Onun sözlərinə görə, minaların Ukrayna tərəfdən dənizə atıldığı açıq-aydın görünür.

 



Xəbər xətti