ATƏT üzvlərinə MQ ilə bağlı nota verməliyik

20:08 9 Aprel 2022

Əgər ATƏT-in Minsk Qrupu ilə bağlı prosessual məsələlərdən ciddi danışırıqsa, o zaman rusiyalı həmsədrin bəyanatına əsaslanıb reaksiya verməyə borcluyuq.

SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bunu keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiya rəsmilərinin Minsk Qrupunun ləğvi barədə açıqlamalarını şərh edərkən deyib.

“ATƏT-ə üzv dövlətlərə aşağıdakı məzmunda sirkulyar notanın göndərilməsini təklif edirəm:

“Bildiririk ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçiliyə dair müraciəti qüvvədən düşüb. Daimi Şuradan xahiş edirik ki, bu qərardan irəli gələn texniki və maliyyə məsələlərini həll etsin”, - politoloq qeyd edib.



Xəbər xətti