İran ABŞ rəsmilərinə terrorla mübarizə və insan haqlarının pozulmasına görə tətbiq etdiyi sanksiyalar siyahısına daha 24 adı əlavə edib.
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Tehran rəhbərliyi CENTCOM-un keçmiş komandiri Cozef Votel, ABŞ-ın keçmiş Baş Qərargah rəisi Corc Uilyam Keysi və ABŞ-ın keçmiş prezidenti Donald Trampın vəkili Uilyam Luis Culianini sanksiya siyahısına salıb. Siyahıya əlavə edilən adların İrana qarşı “terror fəaliyyətlərini dəstəkləyib, təşkil edib, maddi və mənəvi yardım etdiyi” bildirilib.