Kralın vəziyyəti pisləşdi, Ərdoğanın səfəri təxirə salındı

21:03 9 Aprel 2022

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İordaniyaya səfər edəcək.

SITAT/INFO Axar.az-s istinadən xəbər verir ki, aprelin 11-də baş tutacaq səfər çərçivəsində Türkiyə liderinin İordaniya kralı II Abdullah ilə görüşü planlaşdırılır.

Tərəflər başda ticarət və turizm olmaqla, bir çox sahədə əməkdaşlığın daha da artırılması üçün atılacaq addımlar barədə fikir mübadiləsi aparılacaq.

Görüşdə regional məsələlər də müzakirə olunacaq. Liderlər xüsusilə, İsrail və Fələstin arasındakı münaqişədən də danışacaqlar.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İordaniyaya səfəri təxirə salınıb.

Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfərin vaxtının təxirə salınmasına səbəb İordaniya Kralı II Abdullahın vəziyyətinin pisləşməsidir. Onun tibbi müayinə üçün sabah Almaniyaya gedəcəyi bildirilib.



Xəbər xətti