Rusiyanın əsas səyləri Mariupolun ələ keçirilməsinə və İzyum şəhəri ərazisinə hücuma yönəlib. Həmçinin, Rusiya Donetsk və Luqansk vilayətlərinin ərazilərinə tam nəzarət etmək cəhdlərindən əl çəkmir.
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
Qeyd olunur ki, Rusiyanın nəqliyyat infrastrukturu obyektlərində təxribat həyata keçirmək üçün təxribat-kəşfiyyat qruplarını cəlb etməsi ehtimalı yüksək olaraq qalır.
Eyni zamanda, işğalçılar bütün Ukrayna ərazisində mülki hədəflərə raket zərbələri endirməkdə davam edirlər.