Pakistan parlamenti aprelin 11-də ölkənin yeni baş nazirini seçmək üçün səsvermə keçirəcək.
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu barədə Pakistan parlamentinin spiker vəzifəsini icra edən Ayaz Sadiq məlumat verib.
Sadiq bildirib ki, baş nazir postuna namizədlər sənədlərini bazar günü yerli vaxtla saat 14.00-a qədər təqdim etməlidirlər.
Qeyd edək ki, ötən gün Pakistan parlamenti Baş nazir İmran Xana etimadsızlıq səsverməsi keçirib. 174 deputatın səsini almağa nail olan müxalifət İmran Xana etimadsızlığı təsdiqlədib.
Səsverməyə az qalmış parlament sədri Əsəd Kayser və vitse-prezident Qasım Suri istefa verib. Onlar xarici qüvvələrin İmran Xana qarşı başlatdığı bu prosesdə alət olmaq istəmədiklərini bildiriblər.