Kanada hökuməti Ukraynaya dəstək üçün 1,5 milyard Kanada dolları ayıracaq.
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Baş naziri Denis Şmıqal deyib.
Onun sözlərinə görə, bu gün Nazirlər Kabineti Kanada hökumətindən 500 milyon Kanada dolları məbləğində güzəştli maliyyələşdirmənin cəlb edilməsinə dair saziş layihəsini təsdiq edəcək:
“Vəsaitlər ordunun və xalqımızın təcili ehtiyaclarının maliyyələşdirilməsi üçün büdcəyə daxil olacaq”.