Qara dənizdəki minaları kimin yerləşdirdiyini bilmirik. Rusiya istehsalıdır, amma hansı ölkə olduğu araşdırılır. 400-ə yaxın mina olması barədə məlumatlar var.
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlama verib.
"Bolqarıstan və Rumıniya hakimiyyəti ilə danışdıq. Onlar da tədqiqatlar aparırlar. Bunun NATO-nun minaaxtaran gəmilərinin Qara dənizə girməsi məqsədilə planlaşdırıldığını deyənlər var. Bizi sıxışdırmaq üçün. Amma biz Montrö qaydalarına əməl edəcəyik. Hərbi gəmiləri Qara dənizə buraxmayacağıq. Qara dənizin müharibəyə cəlb olunmasına imkan verməyəcəyik. Bu minalar adətən ipdən qopan zaman özlərini avtomatik kilidləyir. Amma zərərsizləşdirilən minalarda belə bir sistemin olmadığını gördük. Yəni qəsdən belə buraxıla bilərmi? Biz araşdırırıq”, - Akar bildirib.