Rusiyanın Ukraynada genişmiqyaslı hərbi əməliyyatlarının başlanğıcından bəri rus hərbçilər Ukraynada 177 uşağı öldürüblər.
SİTAT.İNFO Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Bildirilir ki, 336-dan çox uşaq xəsarət alıb.
Ən çox xəsarət olan uşaqların sayı regionlar üzrə belədir:
• Donetsk vilayəti - 108,
• Kiyev - 93,
• Xarkov - 76,
• Çerniqov - 51,
• Nikolaevskaya - 40,
• Luqansk - 35,
• Zaporojye - 22,
• Xerson - 29,
• paytaxt - 16,
• Sumi - 16,
• Jitomir - 15.