İtaliya rus qazından asılığı azaltmaq məqsədilə Əlcəzairdən qaz idxalını artıracaq.
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Röyter" məlumat yayıb.
Məlumata görə, İtaliya Baş naziri Mario Draqi qaz idxalının həcminin artırılması məqsədilə müqavilə imzalamaq üçün sabah Əlcəzairə səfər edəcək.
Draqini bu səfərdə İtaliyanın ENİ enerji qrupunun rəhbərliyi, xarici işlər naziri Luivi Di Mayo və ətraf mühitin hərtərəfli transformasiyası naziri Roberto Çinqolani müşayiət edəcək.