Macarıstan Milli Seçki Bürosu (NVI) aprelin 3-də keçirilən referendum və parlament seçkilərində səslərin 100 faizini hesabladıqdan sonra yekun nəticələri açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir Viktor Orbanın Fides-Xristian Demokratik Xalq Partiyası (Fides-CDPP) qalib gələrək, parlamentdə 199 yerdən 135-ni qazanıb.
Piter Marki-Zayeminin rəhbərlik etdiyi müxalifət partiyalarının koalisiyası 57 yerə sahib olub.