Fransada prezident seçkilərinin birinci turunda səsvermələr başlayıb.
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, 70 minə yaxın seçki məntəqəsi yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 10:00) açılıb.
Epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar seçki məntəqələrində sosial məsafə tədbirləri və qoruyucu maskaların məcburi taxılması ləğv edilib.
“Ekzit-poll”un ilk proqnozları və nəticələri saat 20:00-dan sonra (Bakı vaxtı ilə 22:00) ictimaiyyətə açıqlanacaq.
Fransa prezident seçkilərinə 12 namizəd var, əsas mübarizə ultra sağçı Milli Birlik Partiyasının lideri Marin Le Penlə İrəli, Respublika Partiyasının namizədi, hazırkı dövlət başçısı Emmanuel Makron arasında gedəcəyi proqnozlaşdırılır.
Fransada prezident ümumi seçkilər yolu ilə 5 il müddətinə seçilir. Seçkilər iki turda keçirilir. Marafonun növbəti turu aprelin 24-də baş tutacaq. İkinci turda iki namizəd mübarizə aparacaq.
***
Fransada prezident seçkilərinin birinci turu üzrə seçki məntəqələri saat 20.00-da (Bakı vaxtı ilə 22:00) bağlanıb, səslərin hesablanması başlayıb.
Saat 17.00-a (Bakı vaxtı ilə 19.00) olan məlumata görə, səsvermədə qeydə alınmış seçicilərin 65%-i iştirak edib.
"Ekzit-poll"un nəticələrinə görə, prezident seçkilərinin ilk turunda Emmanuel Makron 28,5%, Le Pen 24,2% səs toplayıb. Hər iki namizəd prezident seçkilərinin ikinci turunda iştirak edəcək.