Zelenski ÇAĞIRIŞ ETDİ: "Ən böyük cəsarət Ukraynadadır"

22:27 10 Aprel 2022

"Ukrayna cəsarəti artıq bütün demokratik dünyanı birləşdirib".

Publika.az UNIANA-a istinadla xəbər verir ki, barədə Ukrayna prezidenti Volodimir Zelenski ingilis dillində etdiyi müraciətində bildirib.

"45 günlük tammiqyaslı müharibə və dünyanın ən böyük ölkəsi olan Rusiyanın hücumuna qarşı müdafiə. Ərazidə, təcavüzdə, cəzasızlıqda ən böyüyü. Amma Rusiya rəhbərliyi bir faktı - dünyanın başqa bir ən böyük ölkəsinə hücum etdiyini də nəzərə almayıb. Ən böyük cəsarət Ukraynadadır. Kütləvi raket zərbələrindən, rus təyyarələrindən, uzun tank kolonlarından qorxmadıq", - Zelenski qeyd edib.

 

Prezidentin sözlərinə görə, Ukraynanın cəsarəti Rusiyaya onilliklər ərzində görmədiyi itkilər verib. Daim müharibə şəraitində olsa da...

"Ukrayna cəsarəti artıq demokratik dünyanı birləşdirib. Başqa ölkələrdə milyonlarla insan bizim cəsarətimizi görür... Tarix bizim cəsarətimizi əbədi xatırlayacaq. Amma mən istəyirəm ki, Ukrayna cəsarəti dünyada hamı üçün əlçatan olsun. Biz özümüzü necə müdafiə edirik? Dünyanın ən böyük tiranlığı və dünyanın bütün digər insanları bu zülmə müqavimət göstərmək üçün cəsarətli olmalıdırlar”, - Ukrayna lideri çağırış edib.

O, vurğulayıb ki, xalq Rusiyanı sülh axtarmağa məcbur etmək, rus hərbçilərini və onların komandirlərini ukraynalılara qarşı törədilən bütün cinayətlərə görə məsuliyyətə cəlb etmək üçün əlindən gələni etməlidir:

"Bizə bütün Rusiya banklarına qarşı sanksiyalar lazımdır. Rusiyaya qarşı neft embarqosu lazımdır. Rusiyanın hərbi cinayətlər maşınını hər hansı bir fəaliyyət imkanından məhrum etməliyik. Biz isə Ukraynaya həyati yardım göstərməliyik. Biz ukraynalı miqrantlara silah, maddi yardım istəyirik. 10 milyon insan Rusiya görə evlərini tərk etmək məcburiyyətində qalıb".

 



Xəbər xətti