Pakistanda 5 terrorçu məhv edildi

22:47 10 Aprel 2022

Pakistanın Bannu şəhərində polislə atışma nəticəsində 5 terrorçu öldürülüb.

SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Atışma zamanı terrorçulardan bəziləri qaçmağa müvəffəq olub. Onların tutulması üçün əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Bildirilir ki, terrorçulardan çoxlu sayda silah və sursatın götürülüb.

Öldürülən terrorçuların qadağan olunmuş "Təhrik-e-Taliban Pakistan" qruplaşmasının üzvləri olduğu bildirilir.



Xəbər xətti