Rusiya Prezidenti Vladimir Putin heç vaxt danışıqlar masası arxasına əyləşməyəcək.
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.
“Bu insan heç vaxt bizimlə danışılar masası arxasına oturmayacaq. Heç vaxt. Çünki bu, onun üçün rüsvayçılıqdır. O, axıra kimi gedəcək. O, bütün qəlbi ilə bizə nifrət edir. Şimali Koreyaya bənzər nə isə yaratmaq istəyir və biz isə onun koordinatlar sistemindən çıxmışıq. Onunla mübahisə etmək imkanımız da oldu. Bu hücum proqnozlaşdırılan idi”, - deyə Qayday bildirib.