Makron-Le Pen yarışı: uduzan namizədlər seçim etdi

23:19 10 Aprel 2022

Bu gün Fransada keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlandıqdan sonra ikinci tura keçəcək namizədlər müəyyənləşib. Bu, hazırkı prezident Emmanuel makron və ultro-sağçı marin Le Pendir.

Axar.az xəbər verir ki, artıq uduzduğunu qəbul edən namizədlərin seçicilərinə çağırışı başlayıb.

Belə ki, sağ-mərkəzçi Respublikaçılar Partiyasının namizədi, seçkilərdə 5,1 faiz səslə 5-ci yerdə qərarlaşan Valeri Pekres, Yaşıllar Partiyasının namizədi Yannik Jado, Paris meri və sosialistlərin namizədi Anna İdalqo (2,1 faiz səs toplayıb) ikinci turda tərəfdarlarını birbaşa Emmanuel Makrona səs verməyə çağırıblar.

Digər iki namizəd – Fransa Kommunist Partiyasının lideri Daben Russel (2,1% səs toplayıb) və ifrat solçu Sarsılmaz Fransa Partiyasının lideri Jan-Lyuk Melenşon (20,2% səslə seçkilərdə 3-cü olub) ultra-sağçı Le Peni qəti şəkildə hakimiyyətə gəlməsinə imkan verməmək lazım olduğunu bildirərək, onun əleyhinə səs verməyə və dolayısı ilə Makronu dəstəkləməyə çağırıblar.

Seçkilərdə 4-cü yer tutan, jurnalist, yazıçı və qatı ermənipərəst, antitürk Erik Zemmur isə Le Penə səs verməyə çağırıb.

Qeyd edək ki, birinci turda 12 namizəd mübarizə aparıb. 24 apreldə keçiriləcək ikinci tura ilk turda ən yüksək səs alan Makron (28,5%) və Le Pen (24,2%) keçib.



Xəbər xətti