Fransada prezident seçkilərinin birinci turunun ilkin rəsmi nəticələri açıqlanıb.
Axar.az xəbər verir ki, MSK seçici səslərinin artıq 60%-nin sayıldığını bildirib.
Hazırkı nəticələrə görə, uktra-sağçı Marin Le Pen 27,07% səslə liderdir, hazırkı prezident Emmanuel Makron isə 26,93% səs toplayıb.
Üçüncü yerdə Jan-Lyuk Melanşon, dördüncü yerdə Erik Zemmur, beşinci yerdə isə Valeri Pekres qərarlaşıb.
Qeyd edək ki, “ekzit-poll”un nəticəsinə görə, ikinci tura Makron (28,5) və Le Pen (24,2%) keçib.
***
Sayılan 65 faizlik səs göstəricisinə əsasən, Makron 27,03 faiz səslə önə çıxıb. Le Pen isə 26,88 faizlə ikinci yerdə qərarlaşıb.