Moskva vilayətinin Stupino rayonunda 5 mərtəbəli yaşayış binasında qaz partlayıb.
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional bölməsi məlumat yayıb.
Məlumata görə, 4-cü mərtəbədə yerləşən mənzildə baş verən partlayış zamanı 4 və 5-ci mərtəbələr tamamilə dağılıb.
Partlayış nəticəsində 2 nəfər ölüb, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan biri azyaşlıdır.